Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2025 00:20
Türk klassik musiqi sənətçilərindən olan Gönül Yazar uzun müddətdən sonra görüntülənib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi Nişantaşıda bir mağazanın qarşısında geyim məhsullarına baxarkən jurnalistlərin kamerasına tuş gəlib.
Bu görüntüləri görən pərəstişkarları müğənninin son durumuna həm kədərlənib, həm də onun ayağa qalxmasına sevinib.
Qeyd edək ki, bir müddət öncə 89 yaşlı sənətçinin səhhətində problemlər yaranmışdı. Hətta onun öldüyü də iddia olunurdu.