Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2025 09:24
ABŞ Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan HIMARS sistemlərinin fəaliyyətini dayandırıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The Economist"in müxbiri Oliver Karroll etibarlı mənbələrə istinadən məlumat yayıb.
O bildirib ki, ABŞ Kiyev vaxtı ilə saat 14:00-da hava hücumları barədə xəbərdarlıq etmək üçün əsas rabitə xəttini kəsib. Ukraynanın uzaqmənzilli zərbələr endirmək üçün artıq real vaxt məlumatı almadığı qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Kiyev ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb.
Xatırladaq ki, martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib.