Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2025 23:25
Əməkdar artist Aybəniz Haşımova qızı Aynişan Quliyeva ilə yollandığı tətillərdən və paylaşımlardan danışıb.
Sonxeber.net bildirir ki, bu barədə o, "Pərvizə görə"də açıqlama verib. Haşımova deyib ki, tətil planları olsa da, səhhətinə görə təxirə düşüb:
"Aynişanla tətilə gedəndə, paylaşanda, başqa səhifələr də paylaşırlar. Mən bu məsələlərdə çox mühafizəkaram. Aynişan deyir ki, izləyicilərim sənin üçün darıxıb. Həmişə səhnədə oxuduğum əsərə görə davranıram. Deyir, ay ana, camaat elə bilir ki, gülmürsən. Sonra bu tərəfini görəndə hamı məəttəl qaldı. Deyir, maraqlıdır, gülmürsən, amma güldürürsən. Özüm o qədər şövqlə deyirəm ki, qəlbən doluram. Plan var, gedəcəyik. Sadəcə bu aralar təzyiq məsələm meydana gəldi. Özümü qorumaq məcburiyyətindəyəm. İstəyirəm Ayni ilə gözəl səfərə gedək. Maldivdə oğlana Azərbaycan dilində mahnı oxutdurdum. Sevə-sevə oxuyurdum, o da bir oxudu ki... Sevinirdi. Dedim, səni Bakıya apararam. Nömrəmi götürüb, mənə votsapda yazır, başa düşmürəm, mən də ona ürəklər göndərirəm. Adı da Baujandır, adına bax... Deyirəm, nədir kərtənkələləri doldurmusunuz bura, elə qorxurdum ki, bağrım çatlayırdı. Dedim, buradayıq, bir təhər vəziyyətdən çıxmaq lazımdır. Hərdən ora üçün darıxıram. Deməli, çatmışıq. Mən də dənizdən qorxuram, sadəcə baxmağı sevirəm. Düz, hotelə çatmışıq, Aynişan deyir ki, ana bu yaxınlarda buranı su basacaq xəbərin var? Dedim, a bala, qoyardın Bakıya qayıdardıq, sonra deyərdin, indi mən yazıq gecə yata bilməyəcəm. Görəsən, adanı su nə vaxt basacaq? Hər gün də yağış yağırdı, tut ucundan çıx göyə. Robinzonun evindən qayıdırdıq, Aynişana dedim, denən saxlasın. Deyir, okeanın ortasındadır, necə saxlasın? Necə yekədir ora, dedim, yol bitməyəcək, ürəyim dayanmışdı az qala. Dedim, mən ölərəm, deyir, ölməzsən, babam 90 yaşında ölüb. Dedim, dədəmi bura mindirsəydilər, çoxdan ölmüşdü. Mən qorxudan öldüm. Dedim, indi akula çıxar, məni yeyər".