Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2025 19:24
Yarımmüdafiəçi Emin Mahmudov yayda "Neftçi"ni tərk edə bilər.
Sonxeber.net xəbər verir ki, "ağ-qaralar" mövsümün sonunda müqaviləsi başa çatacaq eks-kapitanı ilə danışıqlar aparıb. Bu məqamı nəzərə alan klub rəhbərliyi aprelin 27-də 33 yaşını qeyd edəcək futbolçuya bir halda əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Hazırda 103 min manat məvacib alan Mahmudov ciddi məbləğdə endirimə gedəcəyi halda "Neftçi"də qalacaq. Bu klubun onun qarşısına qoyduğu yeganə şərtdir. Millimizin üzvü ya ciddi endirim edəcək, ya da gedəcək.
"Neftçi" onunla 2 illik yeni müqavilə imzalamaqda maraqlıdır. Bu müddətdə klub ona aylıq 30-40 min manat maaş ödəməyi planlaşdırır.
Qeyd edək ki, 2017-ci ilin sentyabrından çıxış etdiyi Bakı klubunun heyətində 250 oyun keçirib. O, bu qarşılaşmalarda 58 qol vurub və 61 məhsuldar ötürmə edib. (Publika.az)