Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2025 03:06
Qurban bayramında bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfrələri açılır.
Bayram günlərində çox ət sağlamlıq problemlərinə yol aça bilər.
Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, bayramda çox ət qəbulu bir çox sağlamlıq problemlərini bərabərində gətirir:
"Çox ət yemək həzm sisteminə də mənfi təsir edir. İshal, ürək bulanma, mədə ağrısı kimi sağlıq problemləri bayramda sıx yaşanır. Qurban əti kəsildikdən dərhal sonra yeyilməməlidir. Ən azı 24 saat soyuducuda saxlanmalıdır. Ət gözlədilmədən bişirilsə, sərt olacaq və yedikdən sonra həzmsizliyə və köpə yol açır. Bayramda bir dəfəyə həddindən artıq çox çeşiddə fərqli qidalar qəbul olunur ki, bu birbaşa olaraq orqanizmin yüklənməsinə gətirib çıxarır".