Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Alatavada həyətində sarımsaq, qatıq satırdı''

''Alatavada həyətində sarımsaq, qatıq satırdı''

Tarix: 11 Iyun 2025 22:20

"Elnarə ailə həyatı qurduqdan sonra sənətə 7-8 il fasilə verdi. Daha sonra mənə dedi ki, yenidən oxumaq istəyirəm. Elnarənin evinə gedəndə o vaxt Alatavada yaşayırdı. İşləmirdi, öz həyətində sarımsaq, qatıq satırdı. Öz qeyrəti ilə pul qazanırdı, burada ayıb bir şey yoxdur".

Sonxeber.net xəbər verir ki, bu sözləri Prodüser Asif Kərimov Əməkdar artist Elnarə Abdullayeva haqda danışarkən deyib. O, sənətçi ilə iş birliyinə başladıqdan sonra ilk qazandığa pula məscid tikdirdiyini bildirib:

"Sonra layihələrimiz oldu. Elnarə mənə dedi ki, "Evdəkilərdən halalıq almışam, sənin də əziyyətin var. Halallığın olsaydı, ilk qazanacağımız pulla kənddə məscid tikdirmək istəyirəm. Amma Elnarə özü daxmada yaşayırdı. Sonra ikinci dəfə də dedi ki, istəyirəm kəndə su çəkdirim. Elnarə məndən də halallıq alıb. Elnarə məscid tikdirirdi, kəndə su çəkdirirdi. Deyərdim ki, mənə pul ver? Necə deyim?". (Axşam.az)

 


Etiketlər:  Alatavada həyətində sarımsaq qatıq satırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ