Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar - siyahı - FOTO

Övladları xaricdə ali təhsil alan azərbaycanlı məşhurlar - siyahı - FOTO

Tarix: 12 Iyun 2025 20:42

Sənət aləmində elə məşhurlar ki, övladları əsasən xarici ölkələrdə Ali təhsil almağa üstünlük verir.

Onlar arasında tanınmış Xalq artistləri, Əməkdar artistlər, aktyorlar və tanınmış aparıcıların övladları var. Onlar müxtəlif sahələrdə Ali təhsil alırlar, bəziləri isə artıq təhsillərini başa vurublar. 

Sonxeber.net baku.ws-ə istinadən övladı xaricdə təhsil alan azərbaycanlı məşhurların siyahısını təqdim edir:

Müğənni Nigar Camal

Sənətçinin böyük qızı Jasmin dünyanın ən prestijli universitetlərindən biri olan "City University of London"da təhsil alır. O ötən ildən etibarən burada oxumağa başlayıb. Nigar müsahibələrindən birində qızının İqtisadiyyat üzrə Ali təhsil aldığını vurğulayıb.

Aparıcı Aytən Səfərova

Aytən Səfərovanın qızı Ayza Türkiyənin Ali təhsil ocaqlarından birində oxuyur. O iki il əvvəl universitetə qəbul olub.

Aparıcı Lalə Azərtaş

Lalə Azərtaşın qızı Gülarə isə İngiltərədə təhsil alır. O artıq bu il üçüncü kursdur. Aparıcı tez-tez qızını görməyə İngiltərəyə gedir.

Müğənni Roza Zərgərli 

Roza Zərgərlinin qızı Bənövşə Allahverdiyeva Türkiyədə oxuyur. O qonşu ölkədə ikinci təhsil kimi magistratura pilləsində oxuyur. 

Aktyor Elməddin Cəfərov 

Elməddin Cəfərovun böyük oğlu Nihat da xarici ölkədə təhsil alan gənclərdəndir. O Macarıstanın paytaxtı Budapeştdə Ali təhsil alıb. 

Xalq artisti Tünzalə Ağayeva

Tünzalə Ağayevanın qızı Fidan Ağayeva 2021-ci ildə Türkiyədə Bahçeşehir universitetini bitirib. Daha sonra Fidan magistratura pilləsində Ali təhsil alıb. 

Əməkdar artist Ceyhun İsmayılov

Əməkdar artist Ceyhun İsmayılovun oğlu illər əvvəl Kanadada Ali təhsil alıb. O bu barədə öz sosial şəbəkə hesabında bildirmişdi. Oğlu ilə fotosunu paylaşan maestro oğlunun ona bənzərliyi ilə də müzakirələrə səbəb olmuşdu.

 


Etiketlər:  Övladları xaricdə təhsil alan azərbaycanlı məşhurlar siyahı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ