Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çalhanoğlu barədə qərar verildi

Çalhanoğlu barədə qərar verildi

Tarix: 17 Iyun 2025 10:30

Futbol üzrə Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunu "İnter"dəki taleyi bəlli olub.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, İtaliya nəhəngi bu yay oyunçusunu satmağı planlaşdırmır. 

Jurnalist Luka Markettiyə görə, komanda ulduz futbolçuya əvəzedici axtarmır və heç bir klubla transfer danışıqları aparmır. 

Qeyd edək ki, 31 yaşlı Hakan ötən mövsüm bütün turnirlərdə 47 matçda, 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsi 2027-ci ilin yayında bitir.

Hüseyn


Etiketlər:  Çalhanoğlu barədə qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ