Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

“Neftçilər”də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

Tarix: 12 Dekabr 2019 13:00

Bakı. Trend:

Dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” metrostansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Neftçilərdə özünü qatarın altına atan şəxsin kimliyi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ