Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 16:48
Bakı. Samir Əli - Trend:
Quba rayonunda orta mətkəbdə yanğın hadisəsi olub.
Trend-in məlumatına görə, hadisə rayonun Tülər kənd orta məktəbinin binasında qeydə alınıb. Məktəb binasının dam örtüyündə qısaqapanmadan baş verən yanğın sonradan güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Müqhafizə Hissəsinin canlı qüvvə və texnikaları cəlb edilib.
Yanğınınb qarşısı alınsa da, binanın dam örtüyü yanıb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin