Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfsanəvi cərrah xəstəliklərin GİZLİ SƏBƏBİNİ açdı

Əfsanəvi cərrah xəstəliklərin GİZLİ SƏBƏBİNİ açdı

Tarix: 15 Dekabr 2019 23:00

Bütün dünyanın tanıdığı ukraynalı alim, akademik, ürək cərrahı Nikolay Amosov 90 il yaşamış və öz timsalında sübut edib ki, qocalıq prosesini gecikdirmək mümkündür.

Bir çox elmi əsərlərin müəllifi və RON sağlamlaşdırma metodologiyasının ("Məhdudiyyətlər və yüklər rejimi") yaradıcısı ömrü uzatmaq, eyni zamanda aydın düşüncəni qorumaq üçün bir çox üsul təklif edib.

Nikolay Amosov qidalanma sisteminə və fiziki aktivliyə böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, bu iki əsas amil olmadan insan sağlam ola bilməz. Akademik kitablarında açıqladığı nəzəriyyəni öz üzərində sınayıb.

Sonxeber.net bu yazıda oxucuları Amosovun faydalı tövsiyələri ilə tanış edir:

1. Sağlamlıq insanın təbii vəziyyətidir

Həkimlər xəstəlikləri müalicə edir, lakin sağlamlıq təlimlərin köməyi ilə qorunmalıdır. Çünki sağlamlıq orqanların və bütün fiziologiyamızın "ehtiyat gücləridir".

Bu qabiliyyətlər stress (fiziki və zehni) altında normal funksional fəaliyyəti qorumaq, xəstələnməmək və ya xəstələnəndə ölməmək üçün zəruridir. Bu güclər dərmanlarla qazanılmır. Yalnız məşqlər və təlimlərlə.

2. Çox vaxt insanlar tənbəllikdən və acgözlükdən xəstələnir

Xəstəliyi hər kəs hiss edir: xoşbəxtliyi hiss etməyə, hətta yaşamağı çətinləşdirən müxtəlif funksiyaların qıcıqlandırıcı pozğunluğu.

Səbəbləri də məlumdur: xarici "təsirlər" (infeksiya, ekologiya, sosial yük), diqqətsizlik, ağılsız davranış, bəzən - doğuş qüsurları.

Amosov iddia edir ki, insan təbiəti güclüdür. Ən azı əksər insanlar üçün.

"Xəstəliklərində yalnız adamın özü günahlandırılmalıdır. O, çox vaxt tənbəllik və acgözlük nəticəsində, bəzən isə ağılsızlıq və cahillik ucbatından xəstələnir. Bəli, kiçik xəstəliklər qaçılmazdır, lakin ciddi olanlar əksər hallarda qeyri-sağlam həyat tərzindən yaranır: aşınma nəticəsində ehtiyatların azalma. Xarici şərtlər, yoxsulluq, stress - ikinci yerdə dayanır" , - deyə ürək cərrahı qeyd edir.


Etiketlər:  Əfsanəvi cərrah xəstəliklərin GİZLİ SƏBƏBİNİ açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ