Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafada evdən qaçan qız Bakıda xalasının evindən tapıldı

Ağstafada evdən qaçan qız Bakıda xalasının evindən tapıldı

Tarix: 18 Dekabr 2019 11:09

Bakı. Samir Əli - Trend:

Ağstafa rayonunda evdən qaçan qız Bakıda tapılıb.

Trend-in məlumatına görə, hadisə Dağ kəsəmən kəndində baş verib.

Kənd sakini Əsgərov Mehman Telman oğlu polisə ərizə ilə müraciə edərək bildirib ki, qızı, 1991-ci il təvəllüdlü Əsgərova Nigar Telman qızı yaşadığı evdən çıxaraq itkin düşüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, N. Əsgərova sağ-salamatdır və Bakıda xalasının evindədir. N. Əsgərova polisə müraciət edərək bildirib ki, o Bakıda xalası Kəmalə Hümbətovanın evindədir və heç bir şikayəti yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ağstafada evdən qaçan qız Bakıda xalasının evindən tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ