Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xələf Xələfov: Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır

Xələf Xələfov: Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır

Tarix: 10 May 2019 16:44

Bakı. Samir Əli - Trend:

Ermənistanın baş naziri Nikol Pşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun dözlərinə görə, N.Paşinyanın Azərbaycan torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır:

"Danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq, münaqişənin həllinə yönəlmiş səylərə ziddir. Bu səfərləri qınayırıq. Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər tərəf öz adı ilə çağırılsın. Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normalar pozulub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edirlər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşınyanın səfəri ağlabatan deyil. Danışıqlar prosesi baxımından destruktiv addımdır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xələf Xələfov Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri beynəlxalq hüququn pozulmasıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ