Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarını peyvənddən yayındırılması təşviş doğurur

Uşaqlarını peyvənddən yayındırılması təşviş doğurur

Tarix: 21 Dekabr 2019 22:21

Bizi qrip, meningit və çiçəkdən tutmuş poliomielit, difteriya və qızılcayadək bir çox xəstəliklərdən peyvəndlər qoruyur. Amma son vaxtlar bəzi ölkələrdə, o cümlədən Avropada peyvəndlər barədə əsassız şayiələrə inanan valideynlər uşaqlarını vaksinləməkdən ehtiyat edirlər.

Sonxeber.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilən ikigünlük sammitinin iştirakçıları da elə məhz vaksinlərin təhlükəsizliyi məsələlərini müzakirə edirlər.

2020-ci ildə ÜST-ün vaksinlərin təhlükəsizliyinin təmin edilməsinə dair strategiyasının müddəti bitir. Odur ki, ekspertlər bu sahədə vəziyyətin daim dəyişdiyini və yeni meylləri nəzərə alan yeni strategiya işləyib hazırlamalıdırlar.

Təşviş yaradan meyllərdən biri valideynlərin kənar təsirlər qorxusundan öz uşaqlarını peyvənd etmək istəməməsidir. Bu problem elə miqyas alıb ki, iyun ayında BMT-də immunizasiyadan imtinaya həsr olunmuş yüksək səviyyəli görüş keçirilib. Məsələn, bu il ABŞ, Braziliya, Ukrayna və Filippində qızılca ocaqları yaranıb.

BMT Uşaq Fondunun (UNİSEF) rəhbəri Henriyetta For deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, immunizasiya hər il 2-3 milyon insan həyatını xilas etməyə imkan verir: "Vaksinlər kəşf olunana qədər hər il milyonlarla uşaq difteriya, qızılca, poliomielit, tetanus, meningit və göyöskürək kimi ağır xəstəliklərə yoluxurdu. Bu xəstəliklər çox vaxt ölümlə nəticələnir, yaxud əlilliyə gətirib çıxarır".


Etiketlər:  Uşaqlarını peyvənddən yayındırılması təşviş doğurur


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ