Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 12:16
Bakı. Elçin Mehdiyev – Trend:
Ötən gün Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilib və Yeni Azərbaycan Partiyası da bu seçkilərdə iştirak edib.
Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partyasının Sədr müavini-İcra katibi Baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən ilkin nəticələr elan olunub:
“Lakin bizim seçki məntəqələrində olan müşahidəçilərimizin apardığı müşahidələrə əsasən deyə bilərəm ki, YAP-ın bələdiyyə seçkilərində namizədləri seçicilərin çoxunun dəstəyini qazanıb. İnsanların rifahının yaxşılaşması ilə əlaqədar Prezidentin təşəbbüsü ilə böyük sosial layihələrin həyata keçirilməsi insanlar tərəfindən yüksək qiymətləndirilir və YAP-a əhali arasında rəğbət artırır. Mən Yeni Azərbaycan Partiyasını əldə etdiyi qələbəyə görə təbrik etmək istəyirəm”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin