Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 13:27
Açar sözlər: fol turşusu, hamiləlik, təlabat.
70 il bundan əvvəl süni fol turşusu (B9 vitamini) sintez olunmuşdur. Fol turşusunun əlavə qəbulu ancaq hamilələr üçün vacibdir - bu fikr səhvdir. Bir mənalıdır ki, gələcək analar mütləq fol turşusu qəbul etməlidir. Ancaq fol turşusu bütün insanlar üçün vacib vitamindir.
Fol turşusu çatışmazlığının əsas səbəbləri. Fol turşusunun çatışmazlığına əsas səbəb düzgün qidalanmamaqdır. Hətta bağırsaq xəstəlikləri və disbakterioz bu vitaminin sorulmasını ləngidir. Qıcolmaəlehinə preparatlar, oral kontraseptivlər, alkoqol fol turşusunun sorulmasına mənfi təsir göstərir.
Fol turşusu çatışmadıqda aşağıdakı hallar baş verə bilər:
Meqaloblastik anemiya - qanazlığının bir növüdür. Bu xəstəliyin əlamətləri - saç tökülməsi, daimi yorğunluq, ağızın selikli qişasında yaralar və s.
Hamiləlik zamanı çox saylı problemlər - anada: ciftin vaxtından əvvəl ayrılması, erkən döğuş, doğuşdan sonra yaranan depressiya. Döldə: beyin yırtığı adlanan defekt, "dovşan dodaqlıq", hidrosefaliya və s.
Əhval-ruhiyyənin azalması - hətta müyyən vaxtdan sonra kliniki depressiyaya qədər gətirib çıxara bilər.