Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 23:06
Azərbaycan əhalisində qanda şəkəri tənzimləyən xrom çatışmır. Xrom diabet və digər xəstəliklərin qarşısını bu element alır
Xrom - insan üçün hava-su kimi lazım olan vacib fermentdir.
O, metobolizm, yağ turşuları, karbohidrat, zülal və xolesterin sintezində açar rolunu oynayır.
Qanda şəkərin səviyyəsini, insulinin aktivliyini tənzimləyir.
Orqanizmində kifayət qədər xrom olan insanlarda diabet və ateroskleroza tutulma riski azdır. Xrom damarları tutan xolesterin və yağ bloklarını təmizləyir, miokard infarktının qarşısını alır.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, yaşlı insanın gündəlik xrom tələbatı -50-200 mkq-dır.
Orqanizmdə xrom çatışmazlığının əlamətləri:
-Yorğunluq, yuxusuzluq, narahatlıq
-Baş ağrıları, spazmlar
-Nevralgiya ağrıları
-əzələ kordinasiyasının pozulması
-əl-ayaqda əsmə
-hiperqlikemiya, hipoqlikemiya
-metobolizm pozğunluğu
-qanda triqliseridlərin və xolesterinin çoxalması
- ürəyin işemik xəstəlikləri
-bədən kütləsinin çox dəyişməsi - çox kökəlmə və ya arıqlama
-kişilərdə reproduktiv funksiyasının azalması