Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tikinti layihələrinin memarlıq üslubuna riayət olunmasına nəzarət ediləcək

Tikinti layihələrinin memarlıq üslubuna riayət olunmasına nəzarət ediləcək

Tarix: 25 Dekabr 2019 16:48

Tikinti layihələrinin memarlıq həllərində müvafiq əraziyə uyğun memarlıq üslubuna riayət olunmasına nəzarət ediləcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı"nın təsdiq edilməsi haqqında" 2015-ci il 12 yanvar tarixli 5 nömrəli və "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərar Prezidentin yeni tikilən binaların tikildiyi ərazinin memarlıq üslubuna uyğunluğunu təmin etmək məqsədi ilə dəyişiklikləri nəzərdə tutur.

2018-ci ildə Prezidentin Fərmanı ilə tapşırılmışdı ki, tikintisinə icazə tələb olunan binaların layihələri hazırlanarkən onların memarlıq üslubunun, tikintinin yerləşdiyi ərazinin ümumi memarlıq mənzərəsinə uyğunlaşdırılması üçün mexanizmlər işlənib hazırlansın.

Yəni, tikilən hər bir bina yerləşdiyi ərazinin (məhəllə, küçə, rayon və s.) ümumi mənzərəsi ilə uzlaşmalı və onun tərkib hissəsi olmalıdır. Bunu həyata keçirmək üçün isə müvafiq mexanizmlərin işlənib hazırlanması tapşırılmışdı.

Qərar bu məqsədlə əvvəlki qərarlara dəyişiklik edib.

Edilmiş dəyişikliklərə əsasən hər hansı bir müfəssəl plan (məhəllə, qəsəbə və s. yaşayış məntəqəsinin və ya onların bir hissəsinə dair şəhərsalma tələblərini özündə əks etdirən plan) hazırlanan zaman planlaşdırılan ərazinin 3D formatında vizual görünüşünün hazırlanması tələb olunacaq.

Ərazinin 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır:

- binaların fasadlarının tərtibatında müasir memarlıq üslublarının tətbiqi;


Etiketlər:  Tikinti layihələrinin memarlıq üslubuna riayət olunmasına nəzarət ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ