Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 36 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib - FOTO

Daha 36 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib - FOTO

Tarix: 26 Dekabr 2019 16:44

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda və Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış 36 mənzil şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi olan vətəndaşlara təqdim edilib.

Nazirlikdən Sonxeber.net-a verilən məlumata görə, Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin sosial cəhətdən həssas qruplardan olan vətəndaşlara xüsusi qayğısı nəticəsində həmin vətəndaşların sosial müdafiəsi tədbirlərinin ildən-ilə gücləndirildiyini vurğulayıb. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı proqramı da uğurla davam etdirilir.

Nazir müavini qeyd edib ki, ötən il bu kateqoriyadan olan vətəndaşlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilmişdisə, 2019-cu ildə bundan 50 faizədək çox olmaqla 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq böyük əksəriyyəti təqdim edilib. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı artıq 7400-ə yaxındır.

A.Kərimov eyni zamanda bu il nazirlik tərəfindən 600 avtomobilin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara verildiyini, qeyd olunan vətəndaşların indiyədək 6573 minik avtomobili ilə təmin edildiklərini deyib.


Etiketlər:  Daha mənzil şəhid ailələri müharibə əlillərinə təqdim edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ