Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2019 10:36
Bakı. Trend:
“Yüksəliş” müsabiqəsinin məqsədi Azərbaycanda yeni nəsil idarəçilərinin ortaya çıxarılmasıdır.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, müsabiqə çox maraqlı bir təcrübədir.
A.Rəhimov vurğulayıb ki, bu layihə insanların qarşısında yeni imkanlar açacaq. Nazir qeyd edib ki, insanlar bu layihə vasitəsilə istədikləri vərdişlərə yiyələnə biləcəklər.
Daha sonra tədbirdə çıxış edən “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü, Dövlət İmtahan Mərkəzinin Dirtektorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin edəcək.
O bildirib ki, bu, yeni bir sahədir: “Biz bu prosesdə ən müasir alətlərdən istifadə edəcəyik. Azərbaycanda 20 il ərzində topladığımız təcrübə bizə bu məsələdə kömək edəcək. Bizim bütün insan potensialımız və ekspertlərimiz bu prosesə qoşulacaqlar. Bunun şəffaflığının təmin olunmasında təkcə bizim idarə heyəti yox, bütün bu prosesə müşahidə edən şura nəzarət edəcək. Bizim hər bir addımımız ictimaiyətə çatdırılacaq”.
Gənclər və idam nazirinin müavini Fərhad Hacıyev qeyd edib ki, bu cür müsabiqələr dünyanın bir çox ölkələrində var: “Bunun üçün biz dünya təcrübəsini öyrəndik və belə bir layihə ortaya çıxdı. Biz eyni zamanda bu layihəni nısaqdan keçirmişik və bu mexanizmin işləng olduğunun şahidi olmuşuq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin