Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azot çəninin partlaması nəticəsində 14 nəfər yaralanıb

Azot çəninin partlaması nəticəsində 14 nəfər yaralanıb

Tarix: 27 Dekabr 2019 21:36

Bakı. Trend:

ABŞ-ın Uiçito şəhərində (Kanzas ştatı) bir zavodda azot çəninin partlaması nəticəsində 14 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yanğın departamentinin rəisi Skott Frommi bildirib.

S.Fromm deyib: "Sıxılmış (maye) azot olan böyük çən partlayıb. Nəticədə 14 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan bəziləri (xəstəxanaya) çatdırılıb. Ölən yoxdur".

Onun sözlərinə görə, metal konstruksiyalardan hazırlanan ikimərtəbəli fabrik binası partlayış dalğasından qismən çöküb.

Məlumata əsasən, partlayış tək və cüt mühərrikli təyyarələr istehsal edən Textron Aviasiya şirkətinin bir hissəsi olan "Beechcraft" şirkətinin 3 nömrəli zavodunda baş verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azot çəninin partlaması nəticəsində nəfər yaralanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ