Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çox şirniyyat yemək insanı kefsizləşdirir - ARAŞDIRMA

Çox şirniyyat yemək insanı kefsizləşdirir - ARAŞDIRMA

Tarix: 28 Dekabr 2019 13:27

Hazırda istehsalatda 56 növdə şəkər var.

Sonxeber.net Türkiyə mətbuatına istinadla xəbər verir ki, istehsalatda olan 56 növ şəkərin 95 faizi insan sağlamlığı üçün zərərlidir.

Şəkər sənayesi illərdir insanın şirniyyata qarşı həssaslığından yararlanır. Çünki insanın nəfsinin şirniyyat çəkməsi tamamilə bədəndə şirniyyata qarşı bağlılıq yaranması ilə əlaqəlidir. Tərkibində şəkər miqdarı normadan çox olan qidalar bizi eyni məhsuldan dəfələrlə çox yeməyə təhrik edir. Bunun səbəbi isə bədənin özü-özünü mükafatlandırma prinsipidir. Belə ki, şirniyyat yeyən zaman bədəndə xoşbəxtlik hormonu hesab edilən dopamin ifraz olunur. Bu da insanın özünü yaxşı hiss etməsinə səbəb olur.

Dopamin hormonu beyində müəyyən miqdarda var. Şirniyyat yeyən zaman bu səviyyədə anlıq artım baş verir. Amma bir müddət sonra bu hal insan üçün adiləşdiyindən beyin lazımi qədər dopamin ifraz etmir və dopamin səviyyəsi düşür.


Etiketlər:  Çox şirniyyat yemək insanı kefsizləşdirir ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ