Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayramda insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq - DİN

Bayramda insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq - DİN

Tarix: 28 Dekabr 2019 18:22

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 2019-cu il dekabrın 31-dən 2020-ci il yanvarın 6-dək respublika daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində işləyəcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi və etibarlı qorunmasının təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri öz xidməti fəaliyyətlərini gücləndirilmiş iş rejimində həyata keçirəcək.

Kütləvi tədbirlərin, o cümlədən bayram şənliklərinin təşkil olunduğu, insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində, o cümlədən avtomobil yollarında ictimai qaydanın, hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.


Etiketlər:  Bayramda insanların sıx toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq DİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ