Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Momanidən Kloppa cavab - karikatura

Momanidən Kloppa cavab - karikatura

Tarix: 13 May 2019 15:20

Məşhur iordaniyalı karikaturaçı Omar Momani növbəti karikaturasını bir neçə gün öncə Avropa Liqasının final oyununun Bakıya salınmasından narazılığını bildirən "Liverpul"un baş məşqçisi Yürgen Kloppa həsr edib.

Qol.az xəbər verir ki, karikaturada Avroliqanın finalçıları "Arsenal" və "Çelsi"nin baş məşqçiləri - Unai Emeri və Mauritsio Sarrini, eyni zamanda futbolçuları təsvir edən rəssam altında isə bu sözləri yazıb:

"Bizə qoşulun, cənab Klopp. Azərbaycanda səhər yeməyi insanları bir araya gətirir və hamını xoşbəxt edir. Bunun dadına baxmaq lazımdır".

Qeyd edək ki, Avroliqanın finalının Bakıda keçirilməsinin gülməli olduğunu söyləyən Klopp bu qərarı verənləri ələ salmış, "Bilmirəm, onlar səhər nə yeyirlər" demişdi.

 


Etiketlər:  Momanidən Kloppa cavab karikatura


RƏYLƏR