Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Facebook-da postun əhatə dairəsini (reach) “məhv” edən 5 səhv

Facebook-da postun əhatə dairəsini (reach) “məhv” edən  5 səhv

Tarix: 31 Dekabr 2019 14:44

Udonis Inc. - mobil tətbiqlər və oyunlar üzrə ixtisaslaşmış marketinq şirkətidir. Udonis öz bloqunda Facebook-da postun əhatə dairəsini "məhv" edən əsas beş səhvi göstərir.

Facebook-da reklam 2007-ci ildən bəri daha yaxşı hala gəlmişdir. Təxminən 3 il sonra Facebook Ads reklam sistemi işə salınmışdır. Facebook istifadəçilərin davranışını başa düşən alqoritmini daim təkminləşdirir, bu isə ayda 2-3 milyard insan deməkdir.  

Təcrübəmizdən çıxış edərək deyə bilərik ki, çox vaxt Facebook-da aşağıdakı səhvlərə yol veririk.  

Kampaniyanın məqsədini səhv seçirik

Sonxeber.net bizplus.az-a istinadən bildirir ki, Facebook-da yeni reklam kampaniyasını qurarkən, ilk addım kimi şirkətin əsas məqsədini müəyyən etməyiniz lazımdır. Beləliklə, siz Facebook-a pulunuzu necə xərclədiyinizi və şirkətinizin yekun məqsədini (konversiya, məlumatlandırma, quraşdırma və s.) danışmış olursunuz. Seçdiyiniz məqsəd targetinqə, optimallaşdırma və nəticələrə təsir edəcək. Hal-hazırda Facebook hər bir reklam kampaniyası üçün yalnız bir məqsəd seçməyə imkan verir.

Şirkətin məqsədləri təxminən belə olmalıdır:

Brend haqqında məlumatlandırma. Reklam kampaniyasının bu növü daha çox insanın məlumatlandırılmasına yönəldilir. Nəticədə, brendinizi daha çox insan tanışmış olur.
Tətbiqlərin quraşdırılması. Kampaniyanın bu növü insanları mobil tətbiqinizi yükləməyə məcbur edir.
Videolara baxış. Kampaniyanın məqsədi - videokontentin baxış sayını artırmaqdır.
Konversiya - şirkətin veb-saytında, tətbiqində və ya Messenger-də fəaliyyəti stimullaşdırır.
Hələ də reklam qrupu büdcəsinin optimallaşdırılmasından istifadə edirik

Kampaniyanın büdcə optimallaşdırılmasını sentyabr ayından etibarən söndürmək mümkün olmayacaq. Hələ də reklam qrupu büdcəsinin optimallaşdırılmasından istifadə edirsinizsə, kampaniyanın büdcə optimallaşdırmasına keçid etməyi düşünməlisiniz. Keçid dövründən sonra, yeni və mövcud kampaniyalar üçün kampaniya büdcəsinin optimallaşdırılmasını söndürə bilməyəcəksiniz.

Facebook neçə nəfərin CBO-nu istifadə etdiyini açıqlamır, amma bunun reklamverenlərin yalnız kiçik bir hissəsi olduğunu düşünə bilərik. CBO-ya keçmək üçün vaxtı uzadırsınızsa, keçid sizin üçün ani və çətin ola bilər.

Kampaniya büdcəsinin optimallaşdırılması - büdcəni kampaniya səviyyəsində idarə etməyə imkan verən bir seçimdir. Bu yenilik bir kampaniya çərçivəsində birdən çox reklam qrupu üzrə büdcənin paylanılmasını optimallaşdırır.

Reklam qrupu xərcləri məhdudiyyətlərindən istifadə edərək, minimum və maksimum xərclərə nəzarət etmiş olursunuz. Əgər minimum xərc sərhədini təyin etsəniz, Facebook bu məbləği xərcləməyə çalışacaq. Əgər maksimum həddi təyin etsəniz, Facebook bu məbləği aşmayacaq. Kampaniyanın büdcəsini optimallaşdırarkən, avtomatik paylanma baş verir: büdcənin böyük hissəsi ən effektiv reklamlara keçir. Bu, kampaniyanın yaradılması prosesini asanlaşdırır.

Auditoriyanı daraltmırıq və ya səhv targetinq

Çox vaxt insanlar elə düşünürlər ki, auditoriya nə qədər geniş olsa, reklam kampaniyasını görmüş insanların sayı da bir o qədər çox olar. Bu, tamamilə səhv yanaşmadır! Siz büdcənizi qısa bir zamanda xərcləyərək, istəyinizə çata bilməyəcəksiniz. Belə ki, reklamlarınız müvafiq auditoriyanın yalnız kiçik bir hissəsinə göstəriləcək.

Reklam kampaniyalarını təxminlərə əsaslandırmayın, bunun əvəzinə hədəf auditoriyanı araşdırın və Facebook-un təqdim etdiyi bir çox targetinq variantlarından  faydalanın.

Təsəvvür edin ki, targetinq bir boulinq oyunudur

Targetinq boulinq oyununa bənzəyir. Sizin əsas məqsədiniz - bütün keqlləri aşırtmaqdır. Təsəvvür edin ki, keqllər hədəf auditoriyadır, bouliq topu isə reklamdır. Düzgün hədəf seçsəniz (reklam/targetinq), daha yaxşı nəticələr əldə edəcəksiniz (istifadəçilərin cəlb olunması).

Reklamlarımızı artıq görmüş auditoriyanı istisna etməyi unuduruq


Etiketlər:  Facebook postun əhatə dairəsini reach məhv edən səhv


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ