Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayramlar münasibətilə hərbi hospitalda müalicə alan hərbi qulluqçular ziyarət olunub - FOTO

Bayramlar münasibətilə hərbi hospitalda müalicə alan hərbi qulluqçular ziyarət olunub - FOTO

Tarix: 31 Dekabr 2019 15:04

Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Nazirlikdən Milli.Az-a verilnə məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın binasında ucaldılan büstü önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib.

General-mayor N.Əliyev hospitalın tibb heyəti və orada müalicə olunan hərbi qulluqçularla görüşərək onlara Müdafiə nazirinin bayram təbriklərini çatdırıb, müalicə prosesi ilə maraqlanıb və bayram sovqatları təqdim edib.


Etiketlər:  Bayramlar münasibətilə hərbi hospitalda müalicə alan hərbi qulluqçular ziyarət olunub FOTO


RƏYLƏR