Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 18:30
Ölümündən 5 ay sonra yenidən qəhrəman qartalımızın ocağında qonaq olduq. Körpələri də, sevimli həyat yoldaşı da Rəşadın yoxluğu ilə yaşamağa çalışırlar, Rəşadı elə bu yoxluğun içində axtarırlar.
Könül xanım deyir ki, bu müddət ərzində bütün Azərbaycan ailəmiz oldu. Qarşımıza çıxan hər kəs Rəşadın fiziki yoxluğunu ovutmağa çalışdı.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, elə bu günlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şəhid olan polkovnik-leytenant R.Atakişiyev "Şücaətə görə" medalı ilə təltif olunub. Medal dekabrın 28-də polkovnik-leytenantın ailəsinə təqdim edilib.
- Könül xanım, əminəm ki, cənab Prezidentimizin qəhrəman pilotumuzun, həyat yoldaşınızın xatirəsinə göstərdiyi bu qayğı, diqqət ailənizin yarasına məlhəm oldu.
- Rəşadın Vətən uğrunda göstərdiyi şücaətin dövlət başçımız cənab İlham Əliyev tərəfindən belə yüksək dəyərləndirilməsi bizim üçün böyük şərəfdir. Yadımdadır, hələ dəfn mərasimində cənab nazirimiz Zakir Həsənov özü bildirdi ki, ilkin nəticələrə əsasən, Rəşad Atakişiyev son ana qədər katapult etmək imkanı olduğu halda bunu etməmiş və hərbi texnikanı xilas etməyə səy göstərmişdi. Hələ ki, istintaq başa çatmayıb, amma ilkin nəticələr belədir. Cənab Prezidentimiz də Rəşadın bu addımını yüksək qiymətləndirdi. Buna görə ona dərin minnətdarlığımı bildirirəm. Rəşad millətini, vətənini həqiqətən çox sevən hərbçi idi. Bugünədək layiq görüldüyü medalların, təltiflərin ən yüksəyini indi aldı.
- Son görüşümüzdən sonra Rəşadsız həyatınızda nələr dəyişdi? Böyük övladınıza atasının vətən yolunda canında keçdiyini açıqlaya bildinizmi?
- Təsəvvür belə etməyəcəksiniz, ağır günlər yaşadıq. Bu yük hələ də çiynimizdədir. Nikbin notlarda danışmaq istəyirəm, amma yenə də deyim ki, çox böyük sansıntılar keçirdik. Blməzdim ki, insanın ən doğmasının ölümü bu qədər əzablı olur. Psixoloji gərginliyimiz yüksək həddə oldu. Xüsusən də Turqutun bu duruma alışmağa çalışması böyük zaman aldı. Dərk edəndən sonra isə içində qopan fırtınalar, susqunluğu, biraz da aqressivləşməsi bizə əzab verir. Şəhidlərin bir gün geri dönəcəklərini desək də, əksini bizə sübut edir. Deyir, siz sadəcə məni ovutmaq üçün belə deyirsiniz.
- Nə yaxşı ki, dəstəkçiləriniz də çoxdur...
- Valideynlərim, yaxın qohumlarım, dostlarım hamısı bu çətin günlərimdə yanımda oldular. Faciə baş verəndən bugünədək Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini hər an hiss edirik. Bu çətin günlərimizdə bizə ruh yüksəkliyi aşıladı, gələcəyə inamımızı artırdı, psixoloji sarsıntıdan qurtulmağımız üçün əlindən gələni əsirgəmədi. Hər an isti nəvazişini, mehriban, səmimi münasibətini hiss edirik. Bu bir daha sübut edir ki, dövlətimiz xalqımızın daim yanındadır.
- Könül xanım, bu müddət ərzində Rəşad yuxunuza gəlib?
- Bəli... Dəfələrlə gəlib, amma sağ vaxtları... Bizi sevgisi və qayğısı ilə əhatə etdiyi zamanlar...
- Təpədən dırnağa güclü xanımsınız, Rəşada yaraşan həyat yoldaşısınız. Yəqin bu günədək elə bir məqam olub ki, Rəşadsız bunu bacarmaram demisiniz...