Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2019 18:34
Baş ağrısı formasında ifadə edilən miqren xəstəliyinə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, hər 5 qadından və 10 kişidən birində bu xəstəlik özünü biruzə verir.
Araşdırmalar miqren və qidalar arasında əlaqə olduğunu göstərir. Bəzi qidalar miqrenə səbəb ola bilər. Bəziləri isə bunun qarşısını ala, hətta müalicə edə bilər.
Əncir
İltihabı azaldır və baş ağrılarını uzaqlaşdıran kaliumla zəngindir.
Avokado
Avokado miqrenlə savaşmaq üçün effektiv vasitədir. Lütein və zeaksantin kimi antioksidantlar baxımından zəngindir. Şiddətli baş ağrısını kəsir.
Som balığı
Omeqa-3 yağ turşuları və vitamin B2 ilə zəngin balıq, tez-tez hiss edilən baş ağrılarının möcüzəvi dərmanıdır.
Şirin kartof
Sadəcə dadı ilə deyil, həm də ağrılara qarşı mübarizə ilə də xoşunuza gələcək. C vitamini ilə zəngindir, B1 və kalium tərkiblidir.