Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2020 15:54
Amsterdam ilin əvvəlindən yeni turist vergisinin tətbiqinə başlayıb.
Yeni qaydaya görə, Niderland paytaxtına gələn qonaqlar burada hər gecə üçün əlavə 3 avro ödəyəcəklər.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bununla hökumət ölkədə turist axınını tənzimləməyə çalışır. Belə ki, 1,1 milyon əhalisi olan Amsterdamı ildə təxminən 17 milyon insan ziyarət edir. Bu səbəbdən Niderland hakimiyyəti artıq daha çox turist cəlb etmək strategiyasından imtina edib.
2019-cu ildə Amsterdam dünyanın ən çox ziyarət edilən paytaxtlarının sırasında ilk üçlükdə yer alıb.