Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 21:51
Digər çərəzlərlə müqayisədə şabalıd azkalorilidir.100 qr şabalıdda 180 kkal var. Məhz bu səbəbdən artıq çəkisi olan insanlara çərəzlərin arasında məhz şabalıd seçməlidir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, şabalıdın digər faydalı xüsusiyyəti insanda çox tez toxluq hissi yaratması və uzun müddət ərzində tox saxlama qabiliyyətidir.
-Şabalıdın tərkibində zülallar, karbohidratlar, A, C, K, B qrupu vitaminləri, kalium, maqnezium, sink, fosfor, mis kimi mikroelementlər var.
-Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.
Lakin adi yeməli şabalıd da damarların vəziyyətinə çox müsbət təsir edir. Bu səbəbdən varikoz xəstəliyi olan insanlar şabalıdı öz qidalanmasına daim daxil etməlidir.
-Bundan əlavə o, qanı duruldur və bu səbəbdən tromblaşmanın qarşısını alır.
-Onun dəmləməsini damaq xəstəlikləri zamanı da istifadə etmək olar. Dəmləmə damaqları möhkəmləndirir, damaqların qanamasını azaldır.
-Şabalıd kalium elementi ilə zəngindir. Kalium isə ürəyimiz üçün çox vacibdir. Ürək əzələsini tonuslaşdırır, orqanizmi artıq mayedən və duzlardan azad edir, ödemləri azaldır. Müxtəlif ürək-damar xəstəlikləri və pozulmaları zamanı şabalıd çox xeyirlidir.
-B qrupu vitaminlərlə zəngin olan şabalıd insanın sinir sisteminə də çox müsbət təsir edir.
-Şabalıd bağırsaqlar üçün də çox xeyirlidir .Onların fəaliyyətini yaxşılaşdırır. Şabalıd qara ciyərə də çox yaxşı təsir edir.
-Orqanizmdə gedən maddələr mübadiləsi prosesini yaxşılaşdırır.
Qeyd edək ki, şabalıdı çiy vəziyyətdə yemək tövsiyə edilmir. Ən yaxşı variant şabalıdı qazartmaqdır.