Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 10:12
Bakı. Elnur Bağışov - Trend:
ABŞ hər hansı yeni hərəkətə keçərsə, İranın cavabı daha ağır və qətiyyətli olacaq.
Trend-in məlumatına görə, bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. O bildirib ki, ABŞ-ın başçılıq etdiyi qüvvələr dərhal bölgəni tərk etməlidirlər.
Baqeri bildirib ki, ABŞ İranın dünya coğrafiyasındakı gücünü dərk edərək prinsipial mövqe sərgiləməlidir.
İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi xatırladıb ki, İran silahlı qüvvələri ABŞ-ın törətdiyi hadisəyə (Qasim Süleymaninin ölümü) reaksiya olaraq ötən gecə böyük əməliyyat keçirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin