Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
 
        
        
Tarix: 8 Yanvar 2020 14:52
Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkar edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O qeyd edib ki, araşdırma zamanı ağacın "Kristal Abşeron" Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub.
Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.
 Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində.
     Bizi "Telegram"da izləyin.
            
            ŞƏRH YAZ
        
    
    
    
        
    
    
        Tweet
 Bizi "Telegram"da izləyin.
            
            ŞƏRH YAZ
        
    
    
    
        
    
    
        Tweet
        
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    