Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

RSXM-in rəhbərliyi Badamdardakı sürüşmə zonasında olub

RSXM-in rəhbərliyi Badamdardakı sürüşmə zonasında olub

Tarix: 9 Yanvar 2020 13:08

Bakı. Trend:

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazinə baxış keçiriblər.

Trend-in məlumatına görə, baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.

Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparmışdır. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanmışdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  RSXM rəhbərliyi Badamdardakı sürüşmə zonasında olub


RƏYLƏR