Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 18:39
Bakı. Trend:
Sumqayıt şəhəri ərazisində piyadanın xəsarət alması ilə nəticələnmiş qəza törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 1-də saat 18 radələrində Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Z.Şirinov vurulub və piyada xəstəxanaya yerləşdirilib.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini M.Babaşov saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin