Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hisense” rəngli “E-Ink” ekranlı dünyanın ilk smartfonunu nümayiş etdirib

“Hisense” rəngli “E-Ink” ekranlı dünyanın ilk smartfonunu nümayiş etdirib

Tarix: 11 Yanvar 2020 08:12

"Hisense" şirkəti perspektivdə mobil elektronika bazarında yeni trend olacaq rəngli "E-Ink" ekranına malik dünyanın ilk smartfonunu təqdim edib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, yeni texnologiya elektron mürəkkəb əsasında rəngli displeylərlə təchiz edilən modellərin kütləvi buraxılışına başlamağa imkan verən səviyyəyə çatıb.

Bildirilir ki, "CES 2020" sərgisində nümayiş etdirilən ekranların yenilənmə tezliyi ağ-qara displeylərdən xeyli yüksəkdir. Şirkətin "E-Ink" matrisalı ilk qurğusunun ötən il buraxılan "Hisense A5" smartfon modeli kimi orta qiymət seqmentinə aid olacağı gözlənilir.

Smartfon uzunmüddətli avtonom iş üçün nəzərdə tutulan orta sinifli qurğu olacaq. "Hisense Color" adlı yeni qurğunun texniki xüsusiyyətləri və təqdimat tarixi hələ ki açıqlanmayıb.


Etiketlər:  Hisense rəngli ekranlı dünyanın smartfonunu nümayiş etdirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ