Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hacıqabul sakinindən silah götürülüb

Hacıqabul sakinindən silah götürülüb

Tarix: 11 Yanvar 2020 17:27

Bakı. Trend:

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Trend-ə verilən məlumata görə, Hacıqabul rayonu Padar qəsəbə sakini Qoşqar Ələsgərov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd “İJ” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Hacıqabul sakinindən silah götürülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ