Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan, Rusiya və Moldova alimləri yeni sistem yaratdılar - İnformasiya mübadiləsi ediləcək

Azərbaycan, Rusiya və Moldova alimləri yeni sistem yaratdılar - İnformasiya mübadiləsi ediləcək

Tarix: 11 Yanvar 2020 18:52

Azərbaycan, Rusiya və Moldova alimlərinin birgə fəaliyyəti nəticəsində "Torpaq informasiyalarının standartlaşdırılması və mübadiləsi üçün müxtəlif dillərdə metaverilənlər bazası, obyekt modeli və proqram kompleksi" yaradılıb.

Sonxeber.net xəbər verir ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev Trend-ə bildirib ki, hazırlanmış proqram kompleksi, torpaq-ekoloji göstəricilərin, onların əldə olunması metodları və ya mənbələri, yayılma şərtləri haqqında atribut məlumatlarının rəsmi şəkildə toplanması üçün nəzərdə tutulub. Proqram kompleksinin yaradılmasında əsas məqsəd həm müasir müəllif araşdırmalarının, həm də arxiv və elmi ədəbiyyat məlumatlarından xarakterik torpaq profillərinin xüsusiyyətləri barədə düzgün məlumat toplamaq və emal etməyi təmin etməkdir. Proqram kompleksinin istifadəsi interaktiv rejimdə olmaqla, maksimum sadə formada həyata keçirilir. Proqramın əsas cədvəllərində torpaq məlumatlarının vahidliyi və tamlığı təmin edilir:

"Təqdim olunan işin ən fərqli cəhətlərindən biri onun müxtəlif dillərdə istifadə imkanın olmasıdır. Belə ki, məlumat bazasına Azərbaycan dilində daxil edilmiş torpaq göstəricilərini eyni zamanda rus, ingilis və ya rumın dilində oxumaq mümkündür. Bu isə müxtəlif ölkə torpaqşünaslarının bir-biri ilə informasiya mübadiləsini tam avtomatlaşdırır və hazırda Rusiyanın Rostov və Belqorod vilayəti torpaqşünas və aqrokimyaçıları tərəfindən istifadə olunur".


Etiketlər:  Azərbaycan Rusiya Moldova alimləri yeni sistem yaratdılar İnformasiya mübadiləsi ediləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ