Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2020 06:48
Bakı. Trend:
Amerikanın bir neçə cənub və mərkəzi ştatlarında güclü fırtına və leysan yağışları son iki gündə 11 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, Texasda yollarda fırtına və buzlaşma səbəbindən çoxsaylı qəzalar baş verib. Qəzalarda polis və yanğınsöndürən də daxil olmaqla üç nəfər ölüb.
Alabamada üç nəfər qasırğanın qurbanı olub. Luiziana ştatında güclü külək səbəbindən bir yaşayış binasının üstünə ağac düşüb. Bir nəfər aldığı xəsarətlərdən ölüb. Evli cütlük isə yaşadıqları treylerin küləyin çevirməsi nəticəsində ölüblər.
Oklahoma ştatında daşqın zamanı bir nəfər boğulub. Ayova ştatında buzlu yollar səbəbindən bir avtomobil çevrilib. Sərnişinlərdən biri ölüb.
XXX
03:47 (GMT+4)
ABŞ-ın Alabama ştatında qar fırtınası nəticəsində ən azı üç nəfər ölüb.
Trend-in məlumatına görə, daha əvvəl Luiziana və Texas ştatlarında da 3 nəfərin öldüyü bildirilmişdi.
Qış fırtınası Çikaqoya istiqamətlənib, həftə sonu şəhəri və ətrafındakı yerləri güclü qar yağmalar gözləyir.
Məlumata görə mindən çox aviareys təxirə salınıb.
Son iki gündə Texas ştatından Miçiqanadək yeddi ştatı bürüyən qar fırtınası nəticəsində minlərlə ev elektriksiz qalıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin