Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfqanıstanda 19 nəfər güclü qar və leysan yağışlarının qurbanı olub

Əfqanıstanda 19 nəfər güclü qar və leysan yağışlarının qurbanı olub

Tarix: 13 Yanvar 2020 03:20

Bakı. Trend:

Əfqanıstanda güclü qar və leysan yağışları böyük fəsadlar törədib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, güclü qar və leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində azı 19 nəfər həlak olub.

Bildirilir ki, Herat əyalətində 2-si uşaq olmaqla 8 nəfər həlak olub. Kandaqar əyalətində 8 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hilmend əyalətində 3 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Əfqanıstanda nəfər güclü leysan yağışlarının qurbanı olub


RƏYLƏR