Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2020 01:08
“Qalatasaray” və Türkiyə millisinin sabiq üzvü Hakan Şükür yeni açıqlama yayıb.
Qol.az xəbər verir ki, o, özünün "Youtube" kanalında “Uber”də əyləncə üçün sürücülük etdiyini deyib: “Dünya mediasına verdiyim bir müsahibə ilə xəbər oldum. Mən idmanda qalmaq istəyirəm, yaşadıqlarımla bağlı nələrisə demək istəmirəm. Çox şükür həyatımızı idarə etməyə çalışırıq. Müsahibə verərkən “Uber”i də söylədim. Amma bunu vaxtaşırı həzz almaq üçün edirəm. Peşə olaraq sürücülük etmirəm. Kafe işlətmişəm, qəhvə satıb, qab yumuşam. Ancaq bunları Amerikaya adaptasiya olmaq üçün etmişəm. Əlbəttə pul qazanmaq istəyərsinizsə, bunu da edərsiniz. Amma ciddi maddi zərərlər gördüm. Səhhətim buna da yol vermədiyi üçün həyat yoldaşım da bu işdə çalışmağıma icazə verməz".
Xatırladaq ki, H.Şükür Almaniya mətbuatına açıqlamasında “Uber” taksi şirkətində çalışdığını söyləmişdi.
Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.