Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Növbəti qlobal böhran gözlənilir

Növbəti qlobal böhran gözlənilir

Tarix: 17 Yanvar 2020 22:26

Beynəlxalq Maliyyə İnstitutunun hesablamalarına görə, ümumdünya borcu rekrod həddə -237 trilyon dollara çatıb.

Sonxeber.net xəbər verir ki, beynəlxalq səviyyəli maliyyə və iqtisadçı ekspertləri ümumdünya borcunun rekord həddət çatmasını nəticəsində növbəti qlobal böhran üçün yeni şəratin yarandığı barədə xəbərdarlıq edirlər. Hesablamalara  görə, bütün dünya  əhalisinin, şirkətlərinin, maliyyə təşkilatlarının və hökumətlərinin ümumi borcu  qlobal Ümumi Daxili Məhsulun  322 faizinə bərabərdir. Yəni bu göstərici bütün planetin ərzaq və xidmətlərindən  üç dəfə çoxdur.

Beynəlxalq Maliyyə İnstitutunun məlumatına görə,  son 5 ildə bu göstərici  təqribən 30 trilyon dollar artıb. Dünya iqtisadiyyatınında zəifləmə tendensiyasına baxmayaraq  yaxın gələcəkdə bu borc artan xətt üzrə davam edəcək. 

İqtisadi Əməkdaşlıq  və İnkişaf Təşkilatının  hesablamalarına görə, 2019-cu ilin  iqtisadi inkişaf tempi  hətta 2008-ci il maliyyə böhranı dövründəkindən də aşağı olub.  Bu bir daha sübut edir ki, növbəti qlobal böhran elə də uzaqda deyil.
 BMT-nin Ticarət və İnkişaf Konfransının  hesabatında isə misli görünməmiş borclanmanı dünya iqtisadiyyatına ciddi təhlükə olduğunu və dünya iqtisadiyyatını başı üstündə asılan "domokl qlıncına" bənzədib.

Borclanmanın ən böyük qismi inkişafetmiş ölkələrin payına düşür.  Belə ki, qlobal borclanmanın 180 trilyon dolları inkişaf etmiş ölkələrin, 72 trilyon dolları isə inkişaf etməkdə olan ölkələrin payına düşür.

Dünya iqtisadiyyatına ən böyük təhlükə  ABŞ-ın borcudur. ABŞ-ın borcu 70 trilyon dollar təşkil edir. (ölkə.az)


Etiketlər:  Növbəti qlobal böhran gözlənilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ