Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaddaşı necə gücləndirmək olar?

Yaddaşı necə gücləndirmək olar?

Tarix: 18 Yanvar 2020 21:15

Artıq yaddaşsızlıq, unutqanlıq yaşlıların üzləşdiri hal deyil. Günümüzdə gənclərdə də bu problemə tez-tez rast gəlinir. Mütəxəssislər hesab edir ki, unutqanlığı aradan qaldıran, beyinin bu halını müalicə edən möcüzəvi bir dərman, eləcə də qida yoxdur. Amma yaddaşssızlığın qarşısını almaq üçün ən vacib addın düzgün qidalanmadır.

Güclü yaddaşa sahib olmaq üçün ən təsirli qidalar isə aşağıdakılar sayılır:

Zeytun yağı - Alzheimer xəstəliyi (yaddaşın, intellektual qabiliyyətlərin itməsi) riskini azaldır. Zeytun yağında olan bir sıra maddələr, o cümlədən E vitamini zehni gücü artırır. Gündə orta hesabla 5 yemək qaşığı zeytun yağı qəbul etmək tövsiyə edilir.

Nar, çiyələk, böyürtkən, qara tut kimi qırımızı, tünd rəngli meyvələr yaddaşın güclənməsinə yardım edir.

Mütəmadi olaraq qoz yemək xatırlamaq, qərar vermək, hissiyyatı artırmaq kimi xüsusiyyətlərə müsbət təsir edir. Qoz E vitamini ilə çox zəngindir.Gündə 3 qoz yeməklə yaddaşı gücləndirmək olar.

İspanaq, kələm, cəfəri də beyinin sağlamlığına müsbət təsir edən K vitamini, beta karoten, lütein və fol turşusu ilə zəngindir. Araşdırmalara görə, bu qidalar zehni geriləməni 40 faiz yavaşlada bilir. O da bildirilir ki, bu tərəvəzləri tarladan yığandan və ya satın alandan sonra 4 gün içində istifadə etmək lazımdır. Köhnəlmiş halda onların tərkibində olan bütün yararlı maddələrin təsiri qalmır.

Yumurta yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz qida sayılır. Ələlxüsus yumurtanın sarısı yaddaşı möhkəmləndirən maddələrlə zəngindir. Hər gün bir yumurta yemək tövsiyə edilir.

Sarıkök də belə bir təsirə malikdir. Bu ədviyyatı qidalardan əskik etməmək, xörəklərə, salatlara, hətta qatığa əlavə etmək lazımdır.

Paxlalılar-mərcimək, noxud, lobya və s. tərkiblərində olan fol turşusu, potasium və dəmir sayəsində hər yaşda yaddaşa müsbət təsir edir. Güclü yaddaşa sahib olmaq üçün həftədə ən azı bir dəfə bunları yemək lazımdır.

Bundan başqa, yağlı balıqlar, balqabaq tumu, təmiz şokolad da yaddaşı möhkəmləndirən qaidalardan sayılır. Həftədə ən azı iki dəfə balıq, 40 qarm şokolad, gündə isə bir stəkan miqdarında balqabaq tumu yemək çox faydalı sayılır.

Milli.Az


Etiketlər:  Yaddaşı necə gücləndirmək olar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ