Tarix: 19 Yanvar 2020 18:14
İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün “Milan” “San Siro”da “Udineze”ni qəbul edib. Qarşılıqlı qollar şəraitindən keçən görüş “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Ante Rabiç 90+3-cü dəqiqədə qələbə qolunu vurub.
“Milan” – “Udineze” – 3:2
Qollar: Larsen, 6 (0:1), Rebiç, 48 (1:1), Hernandez, 72 (2:1), Lasanqna, 85 (2:2), Rebiç, 90+3 (3:2)
Bu qələbə ilə xallarını 28-ə çatdıran "Milan" 8-ci pilləyə yüksəlib. "Udineze" 24 xalla 14-cüdür. Turnir cədvəlinə 48 xalla "Yuventus" başçılıq edir.