Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb

“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb

Tarix: 21 Yanvar 2020 15:54

“Google Play” internet mağazasında “WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb.

 

Bu, ilk olaraq “Android Police” nəşrinin diqqətini çəkib. Məlumata görə, bundan əvvəl yalnız “Facebook” sosial şəbəkəsinin kliyenti bu uğura imza atmışdı.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bu messencerin bir çox ölkələrdə ən vacib ünsiyyət vasitəsi olduğunu nəzərə alsaq, 5 milyard dəfə yüklənmənin real olduğu mümkündür.

 

Son məlumatlara görə, “WhatsApp” proqramının aylıq auditoriyası 1,5 milyardı ötür.

 

Emil Hüseynov




Etiketlər:  WhatsApp messencerinin yüklənmə sayı 5 milyardı ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ