Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone 12 ilə bağlı pis xəbərlər var: iPhone 11 ilə eyni olacaq

iPhone 12 ilə bağlı pis xəbərlər var:  iPhone 11 ilə eyni olacaq

Tarix: 23 Yanvar 2020 08:36

Apple şirkəti növbəti flaqman model ailəsi olan iPhone 12 üzərində işləyir. Keçən aylarda iPhone 12-lər ilə bağlı bəzi məlumatları sızdıran Macotakara saytı bu səfər heç də xoş olmayan xəbərlər sızdırdı. Belə ki, yeni iPhone 12 ailəsi görünüş olaraq iPhone 11 ilə eyni olacaq. Yəni fərqli bir şeylər görməyə bilərik.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni iPhone seriyasında iPhone 11-dəki dizayn üslubundan istifadə ediləcək.

Əvvəlki təxminlərə görə Apple, ikonik iPhone 4 və 5-dəki dizayna geri qayıdacaqdı. Ekran çərtiyi olmayacaqdı. Lakin yeni sızdırılan məlumatlarda şirkətin iPhone 11-dəki dizayn ilə yola davam edəcəyi söylənilir. Tək fərq isə yeni iPhone-ların uzunluq və enlərində fərqin olması olacaq. Belə ki, 5.4 düymlük ekranı olan iPhone 12, iPhone 8 və SE arasında bir en/uzunluğa malik olacaq. 2-ci iPhone modelinin ekranı 6.1 düym olacaq və iPhone 11 Pro ilə iPhone 11 Pro Max arasında ölçülərə malik olacaq. Ən böyük ekranı olacaq olan iPhone 12 isə 6.7 düym ekran ilə iPhone 11 Pro Max-dan daha uzun olacaq. 

 iPhone 12 ailəsindəki modellərin qalınlıqları da fərqli olacaq. Ən az 1 modelin iPhone 11 Pro-dan daha incə olması gözlənilir. Yeni modellərin bu ilin sonlarında təqdim edilməsi gözlənilir.

Milli.Az


Etiketlər:  iPhone 12 ilə bağlı pis xəbərlər var iPhone 11 ilə eyni olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ