Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DDoS hücumlarının sayı artacaq

DDoS hücumlarının sayı artacaq

Tarix: 25 Yanvar 2020 23:28

Bu il DDoS hücumlarının gücü və sayı artacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda Group IB kibertəhlükəsizlik şirkətinin mütəxəssisləri məlumat yayıb.

Mütəxəssislər bildiriblər ki, DDoS hücumlarının çoxalması 5G şəbəkəsinin tətbiqi və smart əşya istifadəçilərinin çoxalması ilə bağlıdır: "Bu hücumlar dünya şirkətləri üçün böyük problemə çevriləcək. Bu il həyata keçiriləcək DDoS hücumları daha çox diqqət yayındırmaq üçün istifadə olunacaq. Məsələn, bank sektoruna haker hücumu zamanı digər bir hücum da DdoS ola bilər. Dünyada olan internet istifadəçilərinin təhlükəsizlik tədbirlərini görməməsi də hücumların sayını artırır".


Etiketlər:  DDoS hücumlarının sayı artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ