Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2020 09:21
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda ötən il dekabrın sonu və bu il yanvarın əvvəlində kəskin-respirator virus infeksiyalarına yoluxma halları daha tez-tez təsadüf olunsa da, hazırda yoluxma azalıb.
Bunu Trend-ə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.
Baş infeksionist bu baxımdan vəziyyəti yaxşı dəyərləndirib:
“İnfeksiyaya yoluxanların hamısının qrip olduğunu demək düzgün deyil. Amma qrip də istisna edilmir. Əgər xəstəlik qonşu ölkələrdə olarsa, təbii ki, Azərbaycana da keçə bilər. Amma qripə yoluxmanın olduğunu demək üçün insanda simptomlarla yanaşı, xəstəliyə səbəb olan virus da tapılmalıdır. Laborator müayinələr əsasında xəstələrin hansı virusa yoluxduğu dəqiq şəkildə müəyyən edilməlidir, yalnız bundan sonra xəstəliyin hansı virus tərəfindən törədildiyini demək olar”.
C.İsayev bu ilin payız-qış mövsümü ərzində Azərbaycanda heç bir xəstəyə qrip diaqnozunun qoyulmadığını da söyləyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin