Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“www.rabita.az” saytı yeniləndi

“www.rabita.az” saytı yeniləndi

Tarix: 29 Yanvar 2020 16:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəsmi internet saytı yenilənib. "www.rabita.az" domen ünvanında fəaliyyət göstərən saytın məzmunu və dizaynı dəyişib.

 

Saytda "Məhsullar", "Xidmətlər" menyusu, Məlumat Hesablama Mərkəzi ilə bağlı xəbərlər və press-relizlərin yerləşdirildiyi "Media" bölməsi var. Həmçinin saytda "SmartPay" ödəmə sistemi və "Mobil Cihazların Qeydiyyat Sistemi" ilə bağlı xidmətlərdən istifadə etmək üçün xüsusi bölmə yaradılıb. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzinə aid olan "e-imza.az", "opendata.az", "azdatacom.az" saytlarına da keçid qoyulub.

 

Sayt Azərbaycan və ingilis dilində fəaliyyət göstərir.

 

Saytda Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan 7 xidmət – "e-İmza", "SmartPay", "SmartCell", "AzDataCom", Billinq Sistemi, Açıq Məlumatlar Portalı, "Veb saytların və Mobil Tətbiqlərin Yaradılması" və hazırda istifadəçilərin ixtiyarına verilən 15 məhsul – "AzDoc", "e-Kadr", "e-Arxiv", "Danışan Kitabxana", Vahid Nömrə Satışı, "Azcall" Çağrı Mərkəzi, "Somar" Satış Proqramı, Mobil Nömrədaşıma Xidməti, Cərimələrin Yığım Sistemi, Müraciətlərə Nəzarət Sistemi, Müqavilələrin Elekron Qeydiyyatı Sistemi, "ABACUS" (Mərkəzləşdirilmiş İanə Sistemi), "Poçtap" (İtirilmiş Sənədlərin Axtarış Sistemi), ARİS (Avtomatlaşdırılmış Rabitə İdarəetmə Sistemi), Mobil Cihazların Qeydiyyat Sistemi (İMEİ) təqdim edilir.

 

45 ildən artıqdır fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edən yeni həllər yaradır. Həmçinin ölkə əhəmiyyətli bir neçə layihənin rəqəmsal operatorudur.




Etiketlər:  wwwrabitaaz saytı yeniləndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR