Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 17:54
Bakı. Samir Əli - Trend:
Masallı rayonunda ailə qurandan 2 həftə sonra ölən yeniyetmə qızın qətlə yetirildiyi məlum olub.
Bu barədə Trend-ə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətli ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda qətlin kim tərəfindən törədilməsi ilə bağlı istintaq əməliyyat tədbirləri həyata keçirilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin