Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vilayət Eyvazovdan Kamran Əliyevin yerinə yeni təyinat

Vilayət Eyvazovdan Kamran Əliyevin yerinə yeni təyinat

Tarix: 30 Yanvar 2020 15:20

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Sadin Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinə rəis təyinatı olub.

Qeyd edək ki, bu vəzifəni Kamran Əliyev yerinə yetirirdi. Bir müddət əvvəl nazirin əmri ilə o, bu vəzifədən azad olunaraq, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev isə Kadrlar İdarəsinə rəis təyin edilib.

Xatırladaq ki, S.Əsgərovun təyinatı ilə bağlı ilk xəbəri Unikal.org saytı yazıb.

Milli.Az


Etiketlər:  Vilayət Eyvazovdan Kamran Əliyevin yerinə yeni təyinat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ